Haqqımızda

Div.Az layihəsi Azərbaycanda aktiv iş və işçi axtarışında olanlar üçün yaradılmış peşəkar portaldır. 

İşçi ehtiyacı olan şirkətlərə aşağıdakı üstünlükləri təklif edirik :

- Ehtiyac olan istiqamət üzrə uyğun namizədin tapılmasında dəstək;
- Təqdim edilən elanın diqqəti cəlb edən formaya salınması;
- Axtarış robotlarında (Google, Bing və s.) nəticənin ən yüksək səviyyədə göstərilməsi;
- İstiqamət üzrə namizədə qarşı tələblərin nümunələrinin təklif edilməsi;
- Vakansiya üzrə göndərilən CV-lərin izlənməsi;
- İstiqamət üzrə CV bazasına giriş icazəsinin verilməsi.

Aktiv iş axtarışında olan namizədlərə aşağıdakı üstünlükləri təklif edirik :
- Rahat axtarış sistemi;
- İş elanlarına abunə olmaq imkanı;
- CV göndərdikdən sonra müraciətin statusunu izləmək imkanı;
- CV-nin bazaya əlavə edilməsi və uyğun vakansiya olduqda yönləndirilməsi.

İş elanlarının beynəlxalq standartlarda yaradılması və onun formalaşmasında şirkətlərə dəstək olmaq bizim öhdəliyimizdir. Komandamız Azərbaycanda və ABŞ-da aparıcı işədüzəltmə saytları qurulmasında çoxillik təcrübəyə malikdir.